Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 22:13

Avropa Birliyi Azərbaycana yardım ayırıb


Avropa Birliyi Azərbaycanda daşqından zərər çəkmiş vətəndaşlara 65 min avro yardım ayırıb.

Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi məlumat verib.

Daşqın nəticəsində ümumilikdə 70 min insan zərər çəkib, 50 min hektar əkin sahəsi və otlaq sahəni su basıb.

Avropa Komissiyasının ayırdığı yardım Sabirabadın kəndlərdən köçürülmüş və çadır şəhərciyində yaşayan 2200 sakinin ərzaq və digər zəruri ehtiyaclarına sərf olunacaq.
XS
SM
MD
LG