Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:09

Əfqanıstanda "Ağsaqqallar Şurası"nın iclası davam edir


İkinci gündür ki, Kabildə Əfqanıstan "Ağsaqqallar Şurası"nın iclası keçirilir.

İclasda əsasən talibançılarla sülhə getməyin mümkünlüyü və reinteqrasiya məsələsi müzakirə olunur.

İclasın ilk günü qadın paltarı geymiş 3 yaraqlı təhlükəsizlik qüvvələrinin gözündən yayınaraq toplantının keçirildiyi binanın ətrafını qumbaraatan və avtomat silahdan atəşə tutublar.

Amma itki olmayıb.

Hökumətin barışıq çağırışlarını rədd edən Taliban Ağsaqqallar Şürasının iclasında iştirak etmir.

İclas sabah sona yetməlidir.
XS
SM
MD
LG