Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Ziyan dəqiqləşəndən sonra kompensasiya ödənəcək


Daşqınlar nəticəsində kənd təsərrüfatına dəyən ziyan dəqiqləşəndən sonra vətəndaşlara kompensasiyalar ödəniləcək.

Bu barədə AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda Kənd Təsərrüfatı, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri bu istiqamətdə iş aparmaqdadırlar.

Hələ ki, zərərçəkmişlərə nə qədər kompensasiya veriləcəyi məlum deyil.

Nazirlik sözçüsünün dediyinə görə, daşqınlar, subasmalar nəticəsində 56 min hektardan çox əkin sahəsinə ziyan dəyib ki, bunun 22 min hektara qədəri taxıl, bir o qədəri yonca, 80 hektara qədər şəkər çuğunduru, 2700 hektara qədər kartof və bir o qədər də tərəvəz və bostan sahələridir.

Murtuzəli Hacıyevin sözlərinə görə, su basan kəndlərdə nazirliyin baytarlıq xidməti ölmüş heyvan və quş cəsədlərinin yığılıb zərərsizləşdirilməsilə bağlı da xeyli iş görüb.

Onun dediyinə görə, indiyə qədər tələf olmuş 108 baş iribuynuzlu, 153 baş xırdabuynuzlu, 18 min ev quşu və 7 it cəsədi yığılaraq basdırılıb.
XS
SM
MD
LG