Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:38

Deputatın qardaşını bıçaqlayıblar


İyunun 2-də gündüz saat 3 radələrində Salyan rayon icra hakimiyyəti başçısının Salyan şəhəri üzrə nümayəndəsi Əlipaşa Abdullayev öz iş otağında bıçaqlanıb.

Salyan şəhər xəstəxanasından AzadlıqRadiosuna bildiriblər ki, hazırda Əlipaşa Abdullayev üzərində cərrahiyyə əməliyyatı aparılır.

Əlipaşa Abdullayev 59-cu Salyan seçki dairəsindən deputat Əkrəm Abdullayevin qardaşıdır.

Təsdiqlənməmiş məlumata görə, Əlipaşa Abdullayevi Salyanda fəaliyyət göstərən özəl mühafizə xidmətinin əməkdaşı bıçaqlayıb. Salyan polisi və prokurorluğu hələ ki, telefon zənglərimizə cavab vermir.
XS
SM
MD
LG