Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 11:04

İsrail səfirliyi qarşısında aksiyaya cəhd olub


İyunun 2-də Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirməyə cəhd olub.

Qarabağ Azadlıq Təşkilatının 15-ə yaxın üzvü İsrail səfirliyinin 500 metrliyində polis tərəfindən saxlanılıb. İştirakçılar mətbuat işçiləri qarşısında öz şüarlarını səsləndiriblər. Onlar İsrailin Qəzzaya humanitar yardım daşıyan gəmi karvanına hücumunu pisləyiblər.

Qarabağ Azadlıq Təşkilatının nümayəndəsi qətnaməni polisin müşayiəti ilə İsrailin Bakıdakı səfirinin müavininə təqdim edib. Bundan sonra aksiya iştirakçıları dağılıblar.
XS
SM
MD
LG