Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:09

Əfqanıstanda Ağsaqqallar Şurası toplaşıb


İyunun 2-də Əfqanıstanda ağsaqqallar şurası toplaşıb. Şurada 1600-ə yaxın adamın iştirakı gözlənilir.

Onlar prezident Həmid Kərzayinin sülhün bərpası və Əfqanıstanın reinteqrasiyasına dair 36 səhifəlik proqramını müzakirə edəcəklər. Gündəlikdə dayanan əsas məsələlərdən biri milli barışığı kiminlə və necə aparmaqdır.

12 min təhlükəsizlik əməkdaşı Taliban yaraqlılarının mümkün hücumuna görə keşikdə olacaq.

Taliban bir müddət əvvəl konfrans iştirakçılarını ölümlə hədələməyə başlayıb. Daha bir yaraqlı qruplaşma – sabiq baş nazir Gulbuddin Hekmatyarın rəhbərlik etdiyi Hizb-i-İslam qruplaşması konfransı «faydasız» adlandırıb, bildirib ki, konfransa yalnız «seçilmiş insanlar» dəvət edilib.

Əfqanıstanın ağsaqqallar şurası ölkə çətinliklə üzləşən vaxt yığılır.
XS
SM
MD
LG