Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:09

Avropalı könüllülər İsraildə işgəncə gördüklərini deyirlər


Qəzzaya humanitar yardım aparan gəmilərdə olan avropalı könüllülərdən bəziləri iyunun 1-də azad edilib. Onlar bildirirlər ki, mayın 31-də İsrail əsgərləri onları beynəlxalq sularda tutub İsrailə aparandan sonra orada rezin dəyənəklərlə döyülüb, bəziləri elektrik şokuna məruz qalıblar.

Yunanıstandan olan bir fəal deyib ki, hətta gəmidə əsgərlərə müqavimət göstərməyən adamlar da təzyiqlərə məruz qalıblar.

Azad edilənlər avropalılar bildiriblər ki, onlardan ibrani dilində yazılmış başa düşmədikləri hansısa sənədə qol çəkməyi tələb edirlər.

Mayın 31-də Qəzzaya yardım aparan gəmi karvanına İsrail əsgərlərinin hücumu nəticəsində azı doqquz adam həlak olub, onlarla adam da yaralanıb.
XS
SM
MD
LG