Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:01

Milli Kitab müsabiqəsinin qalibləri açıqlanacaq


Mayın 31-də Milli Kitab müsabiqəsinin qalibləri müəyyən olunacaq. 7 aya yaxındır davam edən müsabiqə bir neçə mərhələdən ibarət olub. Birinci mərhələdə ilk iyirmilik, ikinci mərhələdə ilk onluq müəyyənləşib.

İlk onluğa düşən yazıçıların müsabiqəyə təqdim etdiyi əsərlər kitab formasında çap olunub.

Müsabiqənin təşkilatçısı Nigar Köçərli bildirib ki, bu gün ilk onluq arasından birinci, ikinci və üçüncü yerlərin sahiblərinin adları açıqlanacaq.

Müsabiqəyə bir çox şirkətlər maliyyə dəstəyi verib.
XS
SM
MD
LG