Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Tbilisidə mer seçkilərində hakimiyyət müxalifəti xeyli qabaqlayır


Gürcüstanda bələdiyyə seçkilərində exit-pollun nəticəsinə görə, prezident Saakaşvilinin Milli Hərəkatı Tbilisi şəhər Şurasına seçkilərdə yerlərin 60 faizini qazanıb.

Amerikanın Edison Research sorğu təşkilatının sorğusuna görə, Tbilisi sakinlərinin 61 faizi indiki mer Uqilavanı müdafiə edib. Uqilava Milli Hərəkatdandır.

Müxalifət lideri Alazaniyanı dəstəkləyən 17 faizdir.

Gürcüstanın Tbilisidən kənar yerlərində exit-pollun nəticələri məlum deyil.

Gürcüstanda 64 bələdiyyədə 1730 bələdiyyə üzvlüyünə seçkiləri ATƏT müşahidəçiləri irəliyə doğru əhəmiyyətli addım adlandırıblar, ancaq şatışmazlıqlar olduğunu deyirlər.
XS
SM
MD
LG