Israil kommandosu Türkiyə gəmisinin başçılıq etdiyi 6 yardım gəmisinə hücum edib.
İsrail hərbçiləri bildirirlər ki, gəmilər 4 ildir ki, mühasirədə saxlanan Qəzza bölgəsinin mühasirəsini yarmaq istəyiblər.
Hücumda ən azı 10 fələstinpərəst fəal ölüb.
İsrailin izahına görə, İsrail hərbçiləri gəmiləri tutanda həmin fəallar iğtişaş törədiblər.
Gəmilər 10 min ton humanitar yardım və tikinti materialı aparırdı.
İsrail iddia edir ki, gəmidə siah var idi.
Gəmi karvanı Türkiyədən çıxmışdı, bazar günü Kiprə dəymişdi.
Gəmidə 700 fələstinpərəst fəal vardı.
Türkiyənin xarici işlər nazirinin müavini Səlim Yenel bu gün İsrail səfirinə xəbərdarlıq edib ki, bu hücum “bərpa olunmayan zərər” vurub.
Yenel deyib: "Bu hadisə beynəlxalq sularda olub. Bunun özü beynəlxalq qanunları pozmaqdır. Biz İsrail səfirini çağırdıq və dedik ki,
bu hadisə beynəlxalq qanunların kobud pozuntusudur, çünki gəmilər humanitar yardımı müşayət edirdilər".