Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

Azərbaycan millisinin oyunçusu "Borussiya"ya keçə bilər


Avstriyada keçirilən Makedoniya - Azərbaycan (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts sensasion açıqlama verib.
Almaniyalı məşqçi yığma komandamızın formasını geyinən futbolçulardan birinin Almaniyanın tanınmış klublarından olan "Borussiya"ya (Dortmund) transfer edilə biləcəyini bildirib.

Ancaq mətbuat nümayəndələrinin təkidlərinə baxmayaraq, Foqts həmin futbolçunun adını açıqlamayıb.

Qeyd edək ki, Foqts Kamran Ağayevi Almaniyanın "Herta" klubuna təklif edib. Ruslan Abışovla isə bu ölkənin başqa bir klubunun - "Fortuna"nın maraqlandığı deyilir.

/ANS/
XS
SM
MD
LG