Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 23:41

«Arazın yeni məcrası təsərrüfata kömək edəcək»


«Araz çayına açılacaq yeni qolun üstündə heç bir kənd yoxdur». Bunu daşqınla üzləşən bölgədə jurnalistlərə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov deyib:

«Nə bir kənd var, nə də bir texniki qurğu. Avtomobil və dəmiryolu keçir. Su ora çatanda bu yol necə nizamlanacaq, bu barədə qərar verildi, iş artıq icraya başlandı».

Kəmaləddin Heydərov deyib ki, Araz çayının yeni məcrada axması ətrafda bitki örtüyünün və kənd təsərrüfatının inkişaf etdirilməsinə kömək edəcək.

1 aya yaxındır ki, Azərbaycanın Salyan, Sabirabad, Saatlı, İmişli rayonlarında sel sularıyla mübarizə aparılır.
XS
SM
MD
LG