Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Hillari Klinton Braziliyanı tənqid edib


ABŞ Dövlət katibi Türkiyə ilə Braziliyanı İranla razılaşmaya görə tənqid edib. Hillari Klinton bu ölkələrin Tehranın zənginləşdirilmiş uranı əldə etmək üçün əməkdaşlığının beynəlxalq təhlükəsizlik üçün «qorxulu» olduğunu deyib.

Klinton mayın 27-də Vaşinqtonda çıxış edərkən vurğulayıb ki, Obama adminitrasiyası Braziliyanın İrana yanaşması ilə razılaşa bilməz.

Braziliya və Türkiyənin mayın 17-də İranla imzaladığı razılaşmaya görə İran az zəifləndirilmiş uranın əvəzində Türkiyədən yüksək zənginləşdirilmiş uran alacaq. Bununla belə Tehran uranı müstəqil zənginləşdirməkdən imtina etməyəcəyini bəyan edib.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır, ona yeni sanksiya qoyulmasını istəyir.
XS
SM
MD
LG