Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:21

«Kimə nə ziyan dəyibsə, ödəniləcək»


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
«Təbii fəlakət başlayandan bəri 500 evdən 2200 məcburi köçkün təhlükəsiz yerlərə köçürülüb».

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, baş vermiş təbii fəlakət nəticəsində məcburi köçkünlərə məxsus 183 ev dağılıb:

«Ümumilikdə isə 2300 ev zədələnib. Ən çox ziyan Göygölün Hacıkənd kəndində qeydə alınıb. Həmin ərazidə 40-a yaxın evi sel dağıdıb».

Ə. Həsənov Saatlının Nəriman kənd qəsəbəsində məskunlaşan məcburi köçkün düşərgəsinə də ziyan dəydiyini qeyd edib:

«Burda 100 evi su basıb. O evlərdə yaşayanların bir qismi yaxınlıqdakı məktəblərə köçürülüb. Sabirabadın Şəhriyar qəsəbəsində isə elə bir təhlükə yoxdur».

Arazın yeni qolunun açılması ilə əlaqədar bu gün Bəhramtəpədə yerli qurumların nümayəndələri ilə görüşdüyünü vurğulayan Ə. Həsənov görüşün keçirilməsində məqsədin yeni açılacaq qolun Biləsuvar rayonunda məskunlaşan məcburi köçkünlərin düşərgəsinin yaxınlığından keçməsi ilə bağlı olduğunu deyib.

Ə. Həsənov bildirib ki, baş vermiş təbii fəlakətlə əlaqədar məcburi köçkünlərə məxsus 160 minə yaxın iri və xırda buynuzlu mal-qaranın təhlükəsiz yerlərə köçürülüb.

Ə. Həsənov dövlət komissiyası tərəfindən kompensasiya məsələsinə də baxılacağını bildirib:

«Hər kəsə dəymiş ziyan hesablanaraq dövlət komissiyasına təqdim olunacaq. Kimə nə ziyan dəyibsə, o ziyan ödəniləcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG