Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:05

«Suyun səviyyəsi artsa, daşqın növbəsində bizim kəndimizdir»


Təbii fəlakət bölgəsindən həyacanlı xəbərlər gəlir
Təbii fəlakət bölgəsindən həyacanlı xəbərlər gəlir
Daşqınla üzləşmiş bölgədə hələ də bəzi kəndlər subasma təhlükəsindən qurtulmayıb. Sarısu gölünün daşmasından sonra selin qabağını kəsmək üçün Saatlının Novruzlu kəndində suyu Araza doğru istiqamətləndirməyə çalışırlar. Saatlının Hacıqasımlı kəndinin icra nümayəndəsi Əlbilal Əsədov deyir ki, əgər suyun səviyyəsi artsa, onların da kəndi təhlükəylə üzləşəcək:

- Araz cayında suyun səviyyəsi düşüb, bu gün Novruzludan Araza sarı yol açıblar ki, kəndi basan su bu axarla Araza tökülsün, evləri düzdü, su basıb, amma yenə də ziyan az olsun. Əgər suyun səviyyəsi artsa Hacıqasımlıda, Kamallıda bənd var, hələlik durmuşuq üstündə...

«KƏNDDƏ SU 1 METRƏ ÇATIB»

Mayın 25-dən daşqınla mübarizə aparan Sabirabadın Sərxanbəyli kəndi isə su basma təhlükəsiylə üz-üzədir. Kəndin sakini Nahid Quliyev deyir ki, o, hazırda qonşu Balahəşimxanlı kəndindədir, burda suyun səviyyəsi 1 merə çatır:

- Kənd evlərinin 50 faizi darmadağın olub. Külli miqdarda vəsaitə tikilmiş kənd məktəbi suyun icindədir.

«Kənd evlərinin 50 faizi darmadağın olub»
- Bəs sakinlər çıxıbmı?


- Qadınlar, uşaqlar çıxıb, amma kişilər kənddədir. Əgər təhlükə ciddiləşsə, elə bilirəm, çıxa biləcəklər. Kənddə suyun səviyyəsi 1 metr olar.

Mingəçevir Su Anbarının da səviyyəsi bir gün ərzində 3 sm artıb, indi suyun səviyyəsi anbarda 83,14 m-dir. «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, hazırda anbarda heç bir təhlükəli vəziyyət yoxdur. O, qeyd edib ki, anbar bundan sonra da su qəbul etmə tutumuna malikdir.

ÜMİD YENİ QOLADIR


Daşqınla bağlı bölgələrlə əlaqə saxlayıb məlumat toplayan «Kür» Vətəndaş Nəzarəti Qərargahından verilən məlumata görə, sellə mübarizə aparan kənd sakinləri ümidini Arazın yeni qoluna bağlayıb.

Təbii fəlakət bölgəsində olan Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə jurnalistlərə bildirib ki, qolun açılması istiqamətdə işlərin 90 faizi yerinə yetirilib. Hazırda İmişli rayonunun Bəhramtəpə istiqamətində və Araz çayından açılacaq qolun keçəcəyi yeddi rayonda işlər davam etdirilir.

Nazir müavini Sarısi gölündə suyun səviyyəsinin 40 santimetr aşağı düşdüyünü söyləyib.

«SÖKÜLƏN ƏRAZİ AZƏRBAYCANIN ÖZ TORPAĞIDIR»

Hadisə yerində olan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev isə deyib ki, Arazdan yeni qolun ayrılması ilə əlaqədar dövlət sərhədlərində heç bir problem yaşanmayacaq. Onun sözlərinə görə, sərhədin sökülən ərazisi Azərbaycan dövlətinə məxsusdur və bu ərazidə asma körpü tikilməsi nəzərdə tutulur.
İmişli rayonunda Bəhramtəpə suqovşağının yaxınlığında Araz çayının vaxtilə mövcud olan qoluna yenidən su buraxılması planlaşdırılıb. Rəsmilər hesab eləyirlər ki, Araz çayının bu qolu istifadəyə verildikdən sonra Kürdə suyun səviyyəsi azalacaq. Sarısu gölündən kəndlərə axan suyun da Arazın bu qoluna yönləndirilməsi planlaşdırılıb.
XS
SM
MD
LG