Pakistanda «YouTube» internet saytına giriş bərpa olunub. Ancaq rəsmilər «kafirlik məzmunu» daşıyan ünvanlara girişin bağlı qalacağını bildirib.
Pakistan telekommunikasiya rəhbərliyinin sözçüsü 200-dən artıq ünvanın bağlı olduğunu bildirib.
Ötən həftə Pakistan rəhbərliyi məşhur video və sosial şəbəkə saytları - «YouTube» və «Facebook»a girişi bağlayıb. Səbəb saytlarda İslam dinini, Məhəmməd Peyğəmbəri təhqir edən materialların yerləşdirilməsi olub.
Bu arada mayın sonlarında «Facebook» sosial şəbəkəsi ilə bağlı Pakistanda məhkəmə dinlənilməsi keçiriləcək.