Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:22

Uşaqlar arasında ölüm halları azalıb


Britaniyanın «Lanset» tibb jurnalı yazır ki, dünyanın hər yerində uşaqlar arasında ölüm halları azalıb.

Jurnal yazır ki, ötən il 5 yaşa qədər 7,7 milyon uşaq diareyadan, maleriyadan və pnevmaniyadan ölüb. Amma 1990-cı ildə bu səbəblərdən ölüm halları 12 milyon idi.

UNİSEF-in rəqəmlərinə görə, 2008-ci ildə təxminın 8,7 milyon uşaq olüb.

Elmi araşdırmalar nəticəsində son illərdə uşaq ölümü 2 fazi azalsa da, «Lanset» jurnalı hesab edir ki, bu, 2015-ci ilə qədər uşaq ölümünün 2/3-ni azaltmaq hədəfinə çatmaq üçün kifayət deyil.
XS
SM
MD
LG