Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:05

Umberto Eko İsrail yazıçısına qahmar çıxdı


Amos Oz
Amos Oz
Tanınmış İsrail yazıçısı və ədəbiyyat professoru Amos Oz İtaliyanın Turin şəhərində keçirilən kitab yarmarkasının mükafatına layiq görülüb.

Onun arxada qoyduğu yazıçılar özündən az məşhur deyil: Karlos Fuentes və Pol Oster.

Münsiflər Heyətinin bildirdiyinə görə, bu mükafat Oza onun öz əsərləri ilə ədəbiyyatı “biliyin canlı alətinə” çevirə bilməsi üçün verilib.

Kitab festivalından qabaq bir qrup turunli alim mətbuat konfransı keçirərək İsraili və onun təmsilçisini boykot etməyə çağırıblar.

Onlar hesab edirlər ki, “nə qədər ki, İsrail Fələstin məsələsində beynəlxalq normalara əməl etmir, onun elmi və mədəni qurumları boykot edilməlidir.

Çünki İsrail Universitetlərinin və alimlərinin çoxu öz hökumətlərini dəstəkləyir, elmi nailiyyətlərdən və müasir texnologiyalardan isə dinc əhaliyə qarşı təqib siyasətində və onların nəzarətdə saxlanması üçün istifadə edilir”.

Amma dünyaca məşhur italyan yazıçısı, “Gülün adı”, “Fukonun kəfgiri” kimi əsərlərin müəllifi Umberto Eko boykota etirazını bildirib (O həm də Bolonya Universitetinin professorudur).

Eko öz bəyanatında bildirir ki, İsrail hökumətinin siyasəti ilə razı olmasa da, boykot tərəfdarlarının əksər İsrail universitetləri və alimlərinin öz hökumətlərini dəstəkləməsi haqda iddialarını əsassız sayır.

Umberto Eko
“Əgər Roma, yaxud Oksford universitetlərinin fizika fakültələri Tehran, yaxud Pxenyandakı universitetlərin eyni fakültələrindəki həmkarkarları ilə əməkdaşlıqdan imtina etsə idi və buna səbəb kimi iranlı və koreyalı həmkarlarının atom bombası düzəltməyə çalışdığını göstərsəydi, mən bunu anlayışla qarşılayardım.

Amma həmin universitetlərin incəsənət, ədəbiyyat fakültələri İran və Şimali Koreyadakı həmkarları ilə əməkdaşlıqdan imtina etsəydi, bunu anlamaq mənim üçün çətin olardı”.

Amos Oz uzun müddətdir ki, İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll variantını müdafiə edir.

Ozun adı 2005-ci ildən bəri Nobel mükafatını almağa real namizədlər sırasında hallandırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG