Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 14:55

Kabildə Əfqanıstan və Britaniya rəsmiləri arasında görüş olub


Böyük Britaniyanın yeni xarici işlər naziri Uilyam Heyq Kabildə Əfqanıstan prezidenti Həmid Kərzai və digər ölkə rəsmilərilə görüşüb.

Xarici işlər nazirini müşaiyət edən Britaniyanın müdafiə naziri Layam Foks və beynəlxalq inkişaf naziri Endryu Mitçel də iştirak ediblər.

Məlumatlara görə yaxın vaxtlarda Böyük Britaniyanın Əfqanıstan siyasətində elə bir böyük dəyişiklik gözlənilmir.

Amma müdafiə naziri Layam Foks Tayms qəzetinə müsahibəsində bildirib ki, o Britaniya ordusunun mümkün qədər tez evə dönməsini istəyərdəi.

Hazırda Əfqanıstanda 9 mindən çox Britaniya əsgəri var.

XS
SM
MD
LG