Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:50

Kürün suyu daşaraq Sarısu gölünə dolur


Kür və Arazda suyun səviyyəsində azalma müşahidə olunsa da, bölgədə kritik vəziyyət hələ də davam edir.

Sabirabadın 35 kilometrliyində yerləşən "Sarısu" gölündə vəziyyət kritik həddə çatıb.

Kürün, rayonun Muradbəyli kəndindi ərazisindən keçən hissəsində 100 metrədək bənd sıradan çıxıb, nəticədə su
"Sarısu" gölünə dolmağa başlayıb.

Əvvəllər göldə suyun səviyyəsi 2-3 metr olurdusa , hazırda gölün dərinliyi bəzi yerlərdə 15 metrə çatır.

Nəticədə Sabirabadın 6 kəndi , o cümlədən Saatlı və İmişli rayonlarının bəzi kəndləri təhlükəylə üzləşib.

Kürlə "Sarısu" gölü arasındakı bəndi bərpa eləmək isə olduqca çətindir.

Hadisə yerində olan baş nazir müavini Abid Şərifov jurnalistlərə bildirib ki, ərazini tamamilə su basdığından ərazidə texnika işləyə bilmir və hər an burda daşqın baş verə bilər.


XS
SM
MD
LG