Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:39

Danışıqlar nəticə verməsə, Azərbaycan seçimdə sərbəst olacaq


“Hesab edirik ki, Dağlıq Qarabağla bağlı sülh danışıqları nəticə verməzsə, Azərbaycan bu münaqişənin həlli yolunu seçməkdə sərbəst olacaq”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən Rusiya Federasiyasının Azərbaycan Gənclər Təşkilatının II konfransında çıxışında deyib.

Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyir, amma hər bir dövlət öz vətəndaşlarını, öz suverenliyini və ərazi bütövlüyünü qorumağa borcludur.
XS
SM
MD
LG