Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:31

Medvedev Putinin göydələn layihəsini müdafiə etmədi


Rusiya prezidenti Dmitri Medvedev gözlənilmədən Sankt-Peterburqda şüşə və poladdan ibarət göydələninin tikintisini dayandırmaq təklifini müdafiə edib. Bu təklifi UNESCO irəli sürüb.

Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə Kremldən Sankt-Peterburq rəhbərliyinə gələn məktubda tikintinin dayandırılması və ya ümumiyyətlə təxirə salınması tövsiyə edilir.

403 metr hündürlüyündə tikilməsi nəzərdə tutulan qüllə Rusiyanın enerji nəhəngi Qazpromun ofisi kimi nəzərdə tutulur. Bina 2016-cı ilə qədər tikilməli idi.
Baş nazir Vladimir Putin də daxil olmaqla bu layihənin müdafiəçiləri hesab edirlər ki, üç milyard dollarlıq bu bina şəhərin iqtisadiyyatını dirçəldə bilər. Amma bu plan yerli sakinlər və müxalifət partiyalarının etirazlarına səbəb olub.
XS
SM
MD
LG