Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

Pərviz Müşərrəf Pakistana qayıtmağa hazırlaşır


Pakistanın sabiq prezidenti general Pərviz Müşərrəf Pakistana qayıtmağa hazırlaşdığını və yenidən siyasətə dönə biləcəyini açıqlayıb. “Prezident, yoxsa baş nazir postuna iddiaçı olacağam – bunu zaman göstərəcək” – Müşərrəf CNN kanalına müsahibəsində belə deyib.

Sabiq prezident 2008-ci ildə istefa verməyə məcbur olduqdan sonra ölkəni tərk edib. O, əsasən Londonda yaşayır. Vaşinqton səfərinə bu həftə başlayıb.

XS
SM
MD
LG