Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 12:51

«İrana qarşı sanksiyalardan birinci ziyan çəkən ölkə Türkiyə olacaq»


Sinan Ogan
«İrana qarşı sanksiyaların tətbiqi nəticəsində birinci ziyan çəkən ölkə Türkiyə olacaq».

Bunu «İşdən sonra»da Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Ogan deyib.

O bildirib ki, indiki halda Türkiyənin Qərblə fikirlərinin üst-üstə düşmədiyi ortaya çıxıb. Türkiyə İrana qarşı hərbi sanksiyanın regionda ciddi problemlər yaradacağı qənaətindədir.

Politoloq deyib ki, təkcə İran deyil, İsrailin də nüvə silahları ilə bağlı siyasətinin müzakirəyə çıxarılması vacibdir.

Politoloq Xaləddin İbrahimli isə bildirib ki, əvvəlki sanksiyalar elə bir ciddi nəticə vermədiyindən bu, hərbi xarakterli sanksiya da İranı tutduğu yoldan döndərmək imkanına malik olmayacaq.

Xaləddin İbrahimli deyib ki, bu sanksiyalar İrana hərbi sahədə ziyan vura bilər. Onun sözlərinə görə, Rusiya və Çinin tutduqları hazırkı mövqeyə ciddi yanaşmır. Bu sanksiyaların qəbul olunmasında həmin dövlətlərin Türkiyənin regionda hegemon dövlətə çevrilməsindən ehtiyat etməsi hiss olunur.



/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU

AZƏRBAYCAN QƏRBLƏ İRANIN ARASINDA
XS
SM
MD
LG