Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:36

MSK işğal altında olan ərazilərdə seçkilərin keçirilməsini pisləyir


Mərkəzi Seçki Komissiyası (MSK) separatçı Dağlıq Qarabağda keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, Ermənistan hakimiyyəti Qarabağın işğalını qanuniləşdirmək üçün canfəşanlıq edir, Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub separatçı bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd ediblər:

«İndi də işğalçı qüvvələr bu il mayın 23-də qondarma respublikada yenidən «parlament seçkiləri» keçirmək niyyətinə düşüblər. Azərbaycanın işğal altında olan ərazilərində keçiriləcək bu seçki oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir və əslində işğalın həqiqi mahiyyətini və səbəblərini artıq dərk etməkdə olan beynəlxalq ictimaiyyətin və dünya dövlətlərinin Ermənistan siyasi hakimiyyət dairələri tərəfindən növbəti dəfə çaşdırılması və sülh danışıqlarına əngəl törədilməsindən başqa bir şey deyildir».

MSK beynəlxalq qurumların, o cümlədən Avropa Şurası, ATƏT və onun Minsk qrupu, habelə ayrı-ayrı dövlətlərin qondarma seçkiləri tanımamaları və münaqişənin sülh yolu ilə həllinə xələl gətirə biləcəyinə dair bəyanat və mövqelərini alqışlayır.
XS
SM
MD
LG