Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Ağa Laçınlı anıldı


Bakının Binə qəsəbəsində mərhum şair, alim Ağa Laçınlının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Mediaforum” saytının verdiyi xəbərə görə, 46 saylı Laçın rayon orta məktəbində baş tutan tədbirdə şagirdlər, məktəbin məzunları şairin yaradıcılığından nümunələr – şerilər səsləndiriblər.

Müəllim və şagirdlərdən başqa tədbirdə ziyalılar, şairlə yaxın dost olmuş qələm adamları - Tofiq Abdin, İlham Qəhrəman və başqaları iştirak edərək Ağa Laçınlının yaradıcılığı haqda danışıblar.

Tədbirdə Ağa Laçınlının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər də irəli sürülüb.

1940-cı ildə anadan olan Ağa Laçınlı “Ümid”, “Sakitik” və bir çox başqa şeir kitablarının müəllifidir.

O, Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib.

1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib.

Şair 2007-ci il noyabrın 25-də vəfat edib.


Tofiq Abdin
XS
SM
MD
LG