Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Bankoqda müxalifətin aksiyası dağıdılıb


Taliand hökuməti bildirib ki, paytaxt Bankoqda vəziyyət nəzarət altındadır. Hərbçilər şəhərin mərkəzində oturaq etiraz aksiyası keçirən nümayişçilərin avtomobil şinlərindən və bambuk ağacından qurduqları barrikadaları dağıdıb. Hərbçilərin gözyaşardıcı qazdan və avtomat silahlardan istifadə ediblər. Yerli medianın xəbərinə görə, 3 müxalfət tərəfdarı və bir italyan fotoreportyor öldürülüb, 50-ə yaxın adam yaralanıb.

Etirazçılar hökumətin istefasını və yeni seçki keçirilməsini tələb edirdilər. Onlar etiraz aksiyalarına aprel ayından başlayıblar. Son bir həftə ərzində Bankoqdakı iğtişaşlarda 40 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

XS
SM
MD
LG