Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 13:21

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq olunmasını istəyir

Amerika İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib. Sənədin Şuranın 5 daimi üzvünün heç birində narazılıq doğurmadığı bildirilir. Qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının 15 üzvündən azı 9-nun onu dəstəkləməsi lazımdır.

Qətnamə qəbul edilərsə, bu, BMT-nin Tehrana tətbiq etdiyi 4-cü sanksiya olacaq. Yeni sanksiyaların hədəfi İranın İnqilab Keşikçiləri, eləcə də nüvə fəaliyyəti ilə bağlı olan hərbi, maliyyə və gəmiçilik sənayeləri olacaq.

XS
SM
MD
LG