Tənqidi reportajları ilə məşhur olan Rusiya jurnalisti Mark Minin mayın 18-də Tomsk şəhərində güllə ilə vurulub.
44 yaşlı jurnalist rezin güllə ilə əlindən, döşündən və ayağından vurulub. Həkimlər ağır yaralı halda xəstəxanaya yerləşdirilmiş jurnalistin vəziyyətinin sabit olduğunu bildiriblər.
Tomskın qubernatoru hadisəni pisləyib, deyib ki, onun araşdırılması ilə özü şəxsən məşğul olacaq.
Mininin arvadı jurnalistin peşəkar fəaliyyətinə görə hücuma məruz qaldığını deyib.
İlin əvvəlində daha bir jurnalist Tomskda polis idarəsində döyülmüş, sonra da orada aldığı yaralardan iki həftə sonra vəfat etmişdi.