Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 15:55

«Daşqınlar taxılçılığa böyük ziyan vurub»

Azərbaycanda baş verən daşqınlar nəticəsində 51 min hektar sahəni su basıb. Kənd təsərrüfatı naziri İsmət Abbasov belə deyib.

Nazir bildirib ki, baş verən daşqınlar əsasən taxılçılığa böyük ziyan vurub. Onun sözlərinə görə, daşqınlar nəticəsində çoxlu sayda ev quşları, mal-qara, xırda buynuzlu heyvanlar tələf olub.

İ. Abbasov deyib ki, tələf olan mal-qaranın, xırda buynuzlu heyvanların, ev quşlarının sayı hesablanacaq və əhaliyə dəyən ziyan ödəniləcək./APA/
XS
SM
MD
LG