Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:03

Putinin tənqidlərindən sonra direktor istefa verdi


Rusiyada 66 adamın öldüyü kömür şaxtasının direktoru istefa verib. İqor Vlkovun istefası baş nazir Vladimir Putinin onu tənqid etməsindən bir gün sonraya təsadüf edir.

Sibirin Raspadskaya şaxtasının sözçüsü bildirib ki, Volkov öz şəxsi istəyi ilə istefa verdiyi barədə ərizə yazıb.

Mayın 9-da şaxtada metan qazının partlaması ilə azı 66 nəfər ölüb. 24 nəfər rəsmən itkin düşmüş hesab olunur.Xilas etmə işləri artıq başa çatıb.
XS
SM
MD
LG