Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:02

Əlillər yeni keçidlərdən istifadə edə bilmirlər


«Yeni keçidlərdən də əlillər istifadə edə bilmirlər. Çünki pandusların mailliyi çox dikdir, onlar sürüşkən materiallarla örtülüblər»
«Yeni keçidlərdən də əlillər istifadə edə bilmirlər. Çünki pandusların mailliyi çox dikdir, onlar sürüşkən materiallarla örtülüblər»
«Bəzi yerlərdə bir-iki səsli işıqforu çıxmaq şərtilə bu gün paytaxt Bakıda gözdən əlillərin hərəkəti üçün hər hansı şərait yoxdur».

Bu fikirlər Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevə məxsusdur. Onun sözlərinə görə, bu gün gözdən əlilin hansısa küçənin bu başından o biri başına sərbəst getməsi qeyri-mümkündür. Eləcə də, hərəkət qabiliyyətində qüsurlar olan insanlar da Bakıda gəzməkdə çətinlik çəkirlər. Çünki çox az yerlərdə əlil arabalarının hərəkəti üçün maillər – panduslar var.

Bakı küçələrində əlillərin sayının az olması bu faktorlarla bağlıdırmı? Ümumiyyətlə, əlillərin hansı digər problemləri var? Onlar məşğulluq, mənzil, müavinətlə bağlı hansısa çətinlik çəkirlərmi? Bütün bu suallar AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə layihəsi olan «Hər kəsin haqqı var» verilişində müzakirə olunub.

QANUNLAR YAXŞIDIR, AMMA İŞLƏMİR

Proqramın qonağı – Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimov deyir ki, bu sahədəki qanunlardan şikayətlənməyə əsas yoxdur. Çünki hər şey yaxşıdır. Amma istənilən sahədə olduğu kimi, əlillərlə bağlı qanunların da icrasında problemlər var.

Bakıda əlillərin gəzə bilməməsinə gəlincə, D.Rəhimov deyir ki, bunun əsas 2 səbəbi var – həm fiziki, həm də psixoloji. Fiziki maneələr çətin hərəkət qabiliyyətinə malik, gözdən əlil, eşitməyən, zəif eşidən,
Qanuna əsasən, istənilən müəssisədə hər 25 iş yerindən biri əlillər üçün ayrılıb
arabada gəzənlər üçün imkanların olmamasıdır:

MAİLLƏR STANDARTLARA UYĞUN DEYİL

«Şəhər infrastrukturu hələ sovet dövründə əlillər üçün müyəssər olmayıb. O dövrdən bizə çoxlu obyekt qalıb. Amma son 3 ildə bu sahədə irəliləyiş var. Məsələn, yol keçidlərinin, yeraltı keçidlərin tikintisində bu şeylər nəzərə alınıb. Amma yeni keçidlərdən də əlillər istifadə edə bilmirlər. Çünki pandusların mailliyi çox dikdir, onlar sürüşkən materiallarla örtülüblər».

Qonağın sözlərinə görə, Bakıdakı yeni avtobusların bir qismində əlil arabaları üçün yerlər var. Amma bu məsələ tək nəqliyyatla məhdudlaşmır:

«Gərək binada lift, pilləkənlər elə olsun ki, əlil evdən çıxa bilsin və dayanacağa getsin. Sonra araba ilə avtobusa minsin. Əslində, qanuna əsasən evlərin tikintisində bu işlər nəzərdə tutulur. Amma icraçı orqanlar bu tələbi tamamilə yerinə yetirmirlər. Bakıda gözdən əlillərin kompakt yaşadığı yerlərdə səsli işıqforlar qoyulub. Amma onlar da standartlara uyğun gəlmir. Sadəcə, hanasısa bir səsin çıxarılması o demək deyil ki, bu, səsli işıqfordur».

HADI RƏCƏBLİ: «ƏLİLLƏRİN İŞLƏMƏSİ ÜÇÜN KVOTA VAR»

Əlillərin sosial müdafiəsinə gəlincə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, Qarabağ əlilləri üçün əlillik müavinətləri daim artırılır:

Hadı Rəcəbli
«Digər tərəfdən, Azərbaycanda sığorta sistemi ilə müavinətlər ayrıldı. Bu da dövlətin ayırdığı vəsaitlərin səmərəli istifadəsinə şərait yaradır. Əlilliyə görə ayrılmış müavinətlərin zaman-zaman həcmin artırılması da gedir».

Komitə sədri deyir ki, qanuna görə istənilən müəssisədə hər 25 iş yerindən biri əlillər üçün ayrılıb. Amma çox halda bu şərtə əməl olunmur:

«Çünki əlillər bunu bilmirlər. Bu gün əlillər, ictimai birliklər, cəmiyyət bilmir ki, belə qanunlarımız var. Maarifləndirmə işimiz zəifdir».

ƏLİLİ İŞLƏTMƏYƏN MÜƏSSİSƏ CƏRİMƏ VERMİR

Davud Rəhimov isə bu fikirlə razı deyil. Onun dediyinə görə, qanunu bilmək də çox vaxt işə yaramır. Əsas odur ki, gərək müəssisədə əlillər üçün şərait olsun:

«Bu şəraiti yaratmadığına görə təşkilat Sosial Müdafiə Fonduna cərimə ödəməlidir. Cərimə ödənilmir, heç Fondun cəriməni tələb etməsi üçün mexanizm də yoxdur».
XS
SM
MD
LG