Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Separatçı rejimin keçirdiyi seçkinin rəsmi statusu ola bilməz


“Separatçı rejimin keçirdiyi seçkilərin rəsmi statusu ola blməz”.

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dağlıq Qarabağdakı separatçı rejimin parlament seçkilərinə hazırlaşmasına münasibət bildirərkən deyib.

Əli Həsənov qeyd edib ki, Dağlıq Qarabağın statusu həll olunmadığına, oradan köçkün düşmüş azərbaycanlılar yurd-yuvalarına qayıtmadığına görə seçkilər rəsmi şəkildə tanına bilməz.

Burda məqsəd, yalnız Azərbaycan dövlətinə problemlər yaratmaq və Azərbaycan əhalisinin ora qayıtmasını əngəlləməkdir-deyə o vurğulayıb.

Həminin Azərbaycanın Xarici İşlər nazirliyi bundan əvvəl eyni bəyanatla çıxış edib.

Qondarma Dağlıq Qarabağ rejimi mayın 23-də parlament seçkiləri keçirməyi planlaşdırır.

XS
SM
MD
LG