Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:51

Markesə qarşı məhkəmə iddiası təmin edilmədi


Kolumbiya məhkəməsi dünya şöhrətli yazıçı Qabriel Qarsia Markesə qarşı iddianı rədd edib.

Bu məhkəmə işi 16 ildi uzanırdı, iddianı 1994-cü ildə Migel Reyes Palensia adlı şəxs qaldırmışdı. O tələb edirdi ki, Markes “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin və əsər əsasında çəkilən eyni adlı filmin qonorarının yarısını ona ödəməlidir.

İddiaçı bu məbləği “ona dəyən mənəvi ziyanın ödənməsi” üçün tələb edirdi.

Məsələ burasındadır ki, Palensia - Markesin 1981-ci ildə çapdan çıxmış sözügedən əsərinin qəhrəmanlarından birinin prototipidir.

Əsərdə bəy - Bayardo San Roman toy gecəsi gəlinin – Angelanın bakirə olmadığını biləndən sonra onu atası evinə qaytarır və qızın qardaşları Santyaqo Nasar adlı gənci axtarıb bıçaqlayırlar, çünki bacılarının namusuna təcavüz etməkdə onu günahkar sayırlar.

ƏTRAFLI BURDA OXU
XS
SM
MD
LG