Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

Bakiyevin tərəfdarları hökumət binasını azad ediblər


Qırğızıstanın devrilmiş prezidenti Bakiyevin tərəfdarları ələ keçirdikləri hökumət binasını azad ediblər. 500-ə yaxın adam bu addımı müvəqqəti hökumətinin Müdafiə naziri İsmayıl İsakovla danışıqlardan sonra atıb.

Mayın 13-də Bakiyev tərəfdarları Oş əyalətinin hökumət binasını ələ keçirmişdilər.

Oşdan sonra Calalabad və Batken şəhərlərində eyni vəziyyət yaranıb. Bu iki yerdə nümayişçilər hökumət binalarını hələ də əllərində saxlamaqda davam edir.

Bu arada müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva bəyan edib ki, onlar keçmişi qaytarmağa çalışan qüvvələrə qarşı müqavimət göstərəcəklər.

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev hazırda Belarusdadır.
XS
SM
MD
LG