Prezident Barak Obama mülki məqsədlər üçün nüvə enerjisi sahəsində ABŞ-la Rusiyanın əməkdaşlığını nəzərdə tutan sazişi ratifikasiya üçün yenidən Konqresə təqdim edib.
2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə etiraz əlaməti olaraq bu sazişin təsdiqi təxirə salınmışdı. Obama bildirib ki, Gürcüstandakı hazırkı vəziyyət və İrana qarşı potensial sanksiyalarla bağlı Moskvanın Vaşinqtonla əməkdaşlığı sazişi yenidən Konqresə təqdim etməyə əsas verir.