Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 09:35

İraqda ölənlərin sayı 30-u keçib

Bu gün İraqda bir-birinin ardınca baş vermiş hücum və partlayışlar nəticəsində ölənlərin sayı 30-u keçib. Onlarla adam yaralanıb.

Əvvəlcə Bağdadda altı polis postuna hücum olunub. 7 polis həlak olub. Eyni vaxtda şəhərin başqa bir hissəsində baş verən partlayışda isə daha iki polis əməkdaşı həlak olub.

Bağdadın cənub-qərbində yerləşən Suvayra şəhərində isə iki intiharçı hücumu nəticəsində 11 nəfər həlak olub, 70 nəfər yaralanıb.

İraqın mərkəzindəki Fəludca şəhərində təhlükəsizlik əməkdaşlarının olduğu binaya edilən hücum nəticəsində isə 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.

XS
SM
MD
LG