Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Məmmədyarov Brüsseldə həmsədrlərlə görüşməyəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Brüsselə getməyəcək.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

O bunun iş qrafikinin sıxlığı ilə bağlı olduğunu deyib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın vaxtlarda Avropada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklərini bəyan eləmişdilər.

Ermənistan tərəfi isə xarici işlər naziri Edvard Nalbandyanın gələn həftə Brüsseldə həmsədrlərlə görüşəcəyi barədə rəsmi məlumat yayıb.

XS
SM
MD
LG