Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:10

Alimlər Marsda həyat nümunələri tapıblar


Mars planeti
Mars planeti
Alimlər NASA-nın 70-ci illərin axırlarında Marsa göndərdiyi kosmik raketlərin yerə ötürdüyü məlumatları yenidən araşdırıblar. Qənaətləri də belə olub ki, o vaxt kosmik raketlər «Qırmızı planet»dən nümunə götürəndə onlarla ehtiyatsız davranıblar. Həmin nümunələrdəki həyat əlamətlərini məhv ediblər.

Vaşinqton Dövlət Universitetinin astrobioloqu Derk Şultz-Makuk və onun Almaniyanın Qissen Universitetindən olan həmkarı Yoop Hutkuuper belə bir fərziyyə irəli sürürlər ki, Marsdakı həyat nümunəsi Yerdəkindən çox fərqlidir. Deyirlər ki, Marsdakı nümunə su və hidrogen peroksidin qeyri-adi qarışığına əsaslanır. Bu cür qarışıq Marsda müşahidə olunan soyuq temperaturda donmanın qarşısını alan antifriz rolunu oynayır. Vaşinqton Dövlət Universitetinin astrobioloqu Derk Şultz-Makuk:

«Hidrogen peroksidin su ilə məhlulu mənfi 56 dərəcədə də donmur, maye şəklində qalır».

Şultz-Makukun nəzəriyyəsinə əsasən, ovaxtkı kosmik raketlər Marsdan götürdükləri torpaq nümunələri üzərində eksperiment aparanda həmin nümunələr isinib. Bununla da onlardakı həyat əlamətləri məhv olub. Tədqiqat müəllifləri həmin eksperimentlər nəticəsində əldə olunmuş o zamankı məlumatları təkrar araşdırıblar, məlum olub ki, Mars torpağının 0.1 %-i bioloji mənşəyə malikdir. Bu iki alimi 30 il əvvəlki məlumatları analiz etməyə vadar edən isə Yer kürəsində qeyri-adi həyat nümunələrinin aşkarlanması olub. «Ekstremofil» adlandırılan bu həyat nümunələri qeyri-adi şəraitlərdə yaşaya bilirlər:

«Əvvəllər deyirdilər ki, lap tutaq ki, Marsda həyat var, bəs bu həyat o planetdəki qeyri-adi şəraitə necə uyğunlaşıb. İndi biz bu cür heyrətamiz uyğunlaşmaları – çox isti, çox soyuq və hətta susuzluq şəraitinə uyğunlaşmanı Yer kürəsində müşahidə edirik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG