Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:58

Yunanıstan parlamenti yardım paketini qəbul edib


Yunanıstan parlamenti 3 illik yardım paketini qəbul edib.

296 deputatdan 172-si paketin lehinə 121-i isə əleyhinə səs verib.

Yunanıstan Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun ona ayırdığı 110 milyard avroluq yardım paketi əvəzində dövlət xərclərini xeyli azaltmalı, vergiləri isə qaldırmalıdır.

Bu tədbirlərə qarşı çıxan minlərlə sakin səsvermə vaxtı parlament binasının ətrafına yığışıblar.

Mütəxəssislər hesab edir ki, bu tədbirin uğurlu olmaması digər Avropa ölkələrinin iqtisadiyyatını əngəlləyə bilər.
XS
SM
MD
LG