Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Co Baydenin Avropa parlamentində çıxışı olub


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden bu gün Avropa parlamentində çıxış edib.

O bildirib ki, Birləşmiş Ştatlarla Avropanı təkcə ümumi dəyərlər yox, həm də ümumi maraqlar birləşdirir.

Bayden çıxışında həmçinin bir çox beynəlxalq problemlərə toxunub.

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə gəldikdə deyib ki, hadisələrin bü cür mümkün inkişafı İran xalqı və digər qonşu ölkələrə təhlükədir.

Amma o qeyd edib ki, Vaşinton ilk dəfə olaraq İran liderlərilə birbaşa dil tapmağa çalışır.

Co Bayden Avropaya səfəri çərçivəsində Avropa Birliyi və NATO rəhbərliyi ilə görüşəcək, sonra isə İspaniyaya yollanacaq.

XS
SM
MD
LG