Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 22:28

Heydər Əliyevin xatirəsi İsraildə əbədiləşdiriləcək


Ulyanovskda Heydər Əliyevin abidəsi, 24 Noyabr 2009
Ulyanovskda Heydər Əliyevin abidəsi, 24 Noyabr 2009
Mayın 4-də İsraildə Heydər Əliyev xiyabanının açılışı olacaq. Bu məqsədlə Azərbaycandan bir qrup nümayəndə İsrailə səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında Hadera şəhər bələdiyyəsi Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib.

Dörd min kvadrat metrə yaxın ərazi olan xiyabanda yenidənqurma və abadlaşdırma işlərini İsrail dövləti maliyyələşdirəcək.

Haderada əslən Azərbaycandan olan böyük icma yaşayır.

Nümayəndə heyətinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin üzvü Yevda Abramov, Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov, Aşkenaz Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç, Avroasiya Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarov və Azərbaycandakı rusdilli mətbuat orqanlarının rəhbərləri daxildir.
XS
SM
MD
LG