Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Nümayişçilər Əhmədinejadın şəkillərini yandırıblar

Bu gün Əfqanıstanda İran əleyhinə nümayiş keçirilib.

Azad Əfqanıstan Radiosunun məlumatına görə nümayişçilər İran prezidenti Mahmud Əhmədinejadın şəkillərini yandırıblar.

Onlar bu yaxınlarda İranda bir qrup əfqanın edam olunması və bu ölkədəki əfqan qaçqınlarla amansız rəftara etiraz bildiriblər.

Nümayişçilər Əfqanıstan hökumətini bu problemə diqqət yetirməyə çağırıblar.
XS
SM
MD
LG