Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 08:10

Nyu-Yorda partlayışın qarşısı alınıb



Nyu-Yorkun Tayms meydanında saxlanılmış şübhəli maşında partlayıcı madələr aşkar edilib.

Polis dərhal küçəni insanlardan təmizləyərək maşını zərərsizləşdirib.

Şəhər meri Maykl Blumberq polis komissarı Reymond Kelli ilə keçirdiyi mətbuat konfransında bildirib ki, əks halda böyük itkiylə nəticələnə bilən partlayış baş verə bilərdi.

Maşından propan və benzin doldurulmuş 5 balon, 2 saat mexanizmi, naqil və digər maddələr aşkar edilib.

Şəhər merinin sözlərinə görə şübhəli maşın barədə ətrafdakı mağazalardan birinin satıcısı xəbər verib.
XS
SM
MD
LG