Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:48

İspaniyada işsizlik 20 faizə çatır


İspaniyada bu ilin ilk üç ayında işsizliyin səviyyəsi 20 faizə çatıb. Bu da avro pul vahidini işlədən 16 dövlət arasında ən yuxarı səviyyədir.

İspaniyanın Statistika Komitəsi martın sonunda ölkədə işsizlərin sayının 4.6 milyon nəfərə çatdığını bildirib. Bu da 1997-ci ildən bəri ən yuxarı göstəricidir.

Beynəlxalq iqtisadi böhrana görə İspaniyada 2008-ci ilin sonunda əsasən tikinti sahəsi demək olar dayanmışdı.
XS
SM
MD
LG