Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

Azərbaycan rusiyalı həmsədrin bəyanatlarını dəqiqləşdirəcək


Azərbaycanın Xarici İşlər Nazirliyi Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun adından yayılmış bəyanatların dəqiqləşdiriləcəyini deyir.

Rusiyalı həmsədr İqor Popov bu gün Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin liderləri ilə görüşüb.

APA-nın Ermənistan kütləvi informasiya vasitələrinə istinadla verdiyi məlumata görə, İqor Popov bəyan edib ki, müəyyən mərhələdə Dağlıq Qarabağ erməniləri də danışıqlarda iştirak etməlidir.

O səfər zamanı həmçinin Dağlıq Qarabağdakı sosial-iqtisadi problemlər və Xankəndində hava limanının tikintisini də müzakirə etdiklərini deyib.

Bu məsələlərin Popovun mandatına aid olub-olmamasıyla bağlı suala gəldikdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, yeni həmsədrin adından yayılmış bəyanatlar, xüsusən də hava limanının inşası ilə bağlı məsələ dəqiqləşdiriləcək.
XS
SM
MD
LG