Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

İranda azərbaycanlı alim 3 il həbs cəzası aldı


Azərbaycanlı alim Rəşid Əliyev İranda 3 illik həbs cəzasına məhkum edilib. İran məhkəməsi bu hökmü alimin özü prosesdə olmadan çıxarıb. Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, Soltanhəmid Məlikov bu barədə AzadlıqRadiosuna məlumat verib:

«Aprelin 27-də Rəşid Əliyev mənə zəng edib dedi ki, məhkəmə qiyabi olaraq 2 ay bundan əvvəki tarixlə onun barəsində 3 illik müddətə azadlıqdan məhrum etmə qərarı çıxarıb. Özü prosesdə iştirak etməyib və ona heç bir ittiham, məhkəmə qərarı da oxunmayıb. Sadəcə sonradan qərar barədə məlumatlandırılıb. Hazırda Rəşid Əliyev məhkəmənin rəsmi qərarını gözləyir».

Məlikov deyir ki, o, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verib. Hökmün nə dərəcədə rəsmi olmasının araşdırılması Azərbaycanın İrandakı səfirliyinə artıq tapşırılıb. İndi cavab gözləyirlər.

Rəşid Əliyev Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisidir. O iki ildir ki, İranda həbsdə saxlanılır.
O müqavilə ilə İranda işlədiyi müddətdə Azərbaycanın xeyirinə casusluqda (lazer texnologiyası ilə bağlı məlumatlarıAzərbaycana göndərməkdə) ittiham olunur.
XS
SM
MD
LG