Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 04:41

Konqresdə həbs edilmiş bloqqerlər haqqında dinləmələr keçirilib


Adnan Hacızadə və Emin Milli
Adnan Hacızadə və Emin Milli
Vaşinqtonda Konqresin Mətbuat azadlığı üzrə qrupu və Amerikanın Demokratiyaya Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşəbbüsü ilə «Barmaqlıqlar arxasındakı bloqqerlər: İnternet-jurnalistlər həbsdə və ifadə azadlığının məhdudlaşdırılması» mövzusunda dinləmə keçirilib.

Konqresin adı çəkilən qrupunun həmsədri Adam Şiff bildirib ki, hazırda online redaktor və reportyorlar da daxil olmaqla, azı 68 bloqqer həbsdədir.

Bu siyahıya Çin, İran və Misir başçılıq edir. Bu hökumətlər internet jurnalistikaya qarşı savaş elan ediblər və ağla gəlməyən vasitələrlə bloqqerləri susdurmağa çalışırlar.

NED prezidenti Çarl Gerşman «internet qurbanları» arasında Azərbaycanlı bloqqerlər Adnan Hacızadə ilə Emin Millini də yada salıb:

«Bu gənclərin hökumətin siyasətini sivil yolla tənqid etməkdən başqa səhvi olmayıb. Emin Milli və Adnan Hacızadənin həbsi Azərbaycan demokratlarını və bloqqerlərin yaxınlarını sarsıdıb. Gənlcərin sivil yolla satirik tənqidlərinə hökumətin cavabı qeyri-sivil - onları 2,5 və 2 il həbsə atmaq olub».

NED prezidenti əlavə edib ki, indi dünya boyunca bloqqerlər media nümayəndələrilə müqayisədə daha çox təzyiq altındadırlar, belə ki, onları susdurmaq üçün rejimlər müxtəlif qeyri-leqal resurslardan istifadə edirlər.

Jurnalistlərin Müdafiə Komitəsinin direktor müavini Robert Mahoney isə əlavə edib ki, internet yazarlarına qarşı zorakılıq tendensiyası avtoritar rejimləri daha da qəddarlaşdırır, onlar özlərini cəzasızlıq mühitində hiss edirlər.

Dinləmə iştikakçıları ABŞ da daxil olmaqla, dünya ölkələrini həbsdə olan bloqqerlərin beynəlxalq müdafiəsinə çağırıblar.

ABŞ Konqresinin mətbuat azadlığı məsələləri üzrə qrupu 2006-cı ilin mayında yaradılıb. Qrupa ABŞ Konqresinin hər iki partiya və palatasının nümayəndələri daxildir. Nümayəndələr Palatasından olan həmsədrlər Adam Şiff və Maykl Pens, Senatdan olan həmsədrlər Kristofer Dodd və Riçard Luqardır. Qrupun fəaliyyəti mətbuat azadlığının inkişaf etdirilməsinə, KİV-də senzuraya və bütün dünyada jurnalistlərin təqibinə qarşı mübarizə üzrə forum yaradılmasına yönəldilib. /Turan/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG