AzadlıqRadiosunun «Qaynar xətt»inə müraciət edən Cəlilabad sakini, 48 yaşlı Qardaşəli Abışov Milli Onkoloji Mərkəzdən şikayətçidir. Onkoloji xəstəlikdən əziyyət çəkən Abışovun durumu son dərəcə ağır olduğu üçün Cəlilabad rayon Birləşmiş Xəstəxanasının baş həkimi onun Bakıda – Milli Onkoloji Mərkəzdə müalicəsi üçün göndəriş yazıb. Xəstənin səhhəti kimi sosial durumu da ağır olduğu üçün baş həkim onu xəstəxananın Təcili Tibbi Yardım maşınlarından biri ilə Bakıya göndərib. Ancaq Bakıda xəstəni qəbul etməyiblər. Onun durumu ağır olduğu üçün qohumu Vazeh Mehdiyev danışır:
YER YOXDURSA, XƏSTƏ NƏ ETSİN?
- Əlimizdə göndəriş olmasına baxmayaraq baş həkim İdrak Kazımov deyir ki, yerimiz yoxdur, 5 gün sonra gəlin.
- Nəyi əsas gətirirlər?
- Deyirlər analizlərin cavabı bəlli olmalıdır.
- Xəstədən analiz götürülüb?
- Bəli götürülüb. Özümüz xəstəni faktiki olaraq sürüyə-sürüyə laboratoriyaya aparmışıq. Hər şey xəstənin öz hesabınadır. Bu xəstəxanada xəstələrə çox etinasız münasibət var. Əlində göndərişi olmasına, durumu ağır olduğu üçün ambulansla gəlməsinə baxmayaraq xəstəni qəbul etməkdən imtina edirlər.
Xəstəxanada Abışov Qardaşəliyə bildiriblər ki, ondan götürülən analizin cavabı 5 günə bəlli olacaq. O zaman müraciət etsin. Yalnız o zaman bəlli olacaq ki, onu xəstəxanaya qəbul edəcəklər, ya yox. Ancaq xəstənan Bakıda qalması problemdir:
- Bakıda qalmağa yerimiz yoxdur. Ambulans da qayıtmalıdır. Bu xəstənin imkanı da yoxdur ki, 5 gündən sonra yenidən maşın tutub Bakıya gəlsin.
- Göndərişi imzalayan Cəlilabad Rayon birləşmiş xəstəxanasının baş həkimi durumdan xəbərdardır?
- Bəli. O bildirir ki, Milli Onkoloji Mərkəz xəstəni dərhal qəbul etməlidir. Xəstə aztəminatlı olduğu üçün qəbul etmirlər.
Ailə üzvlərinin sözlərinə görə, xəstənin durumu saatbasaat pisləşir. Dəfələrlə edilən müraciətlərə isə yalnız bir cavab verilir – yerimiz yoxdur.
Milli Onkologiya Mərkəzinin baş həkimi İdrak Kazımovla əlaqə saxladıq. Baş həkim dedi ki:
- Milli Onkologiya Mərkəzi Azərbaycanın bütün bölgələrindən xəstə qəbul edir. Bu xəstələr məhdud sayda çarpayılarda yerləşdirilir. Xəstələr yalnız analizlərin cavabı alınandan, onlara ixtisaslaşmış yardımın göstərilməsi vacib olduğu dəqiqləşdiriləndən sonra xəstəxanaya qəbul olunur. Qarşıda şənbə-bazar olduğu üçün bu xəstənin müayinəsinin nəticələri gələn həftə bəlli olacaq. Bizim hotel kimi xidmət göstərmək, hərəkət imkanı olan xəstəni 5 gün saxlamaq imkanımız yoxdur.
Məsələyə Səhiyyə Nazirliyinin münasibətini öyrənmək üçün nazirliyin Tibb Xidmətinin Təşkili İdarəsinə zəng vurduq. Nazirlikdən bildirdilər ki, bölgələrdən gəlib Bakıda analizlərin cavabları alınanadək gözləmək imkanı olmayan xəstələrlə bağlı xüsusi qərar yoxdur. Ancaq belə hallarda xəstəxanaların daxili imkanları araşdırılır və xəstələrə maksimum yardım edilir.
Səhiyyə Nazirliyi ilə əlaqə yaradandan sonra Cəlilabaddan gələn xəstənin qohumları yenidən AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng vurdular. Bu dəfə onlar xəstənin artıq xəstəxanaya yerləşdirildiyini bildirirdilər.
HARA AYAQ QOYURSAN, QADAĞANDIR
«Qaynar xətt»ə üz tutan Gədəbəyin Dərmandağı kəndinin sakini Qalib Məmmədov rayonda otlaq sahələrinin kütləvi satışından şikayət edir. Dediyinə görə, Gədəbəydə mal-qara ilə məşğul olmaqdan başqa əhalinin heç bir məşğulluğu yoxdur. Ancaq indi mal-qaranın otlaması üçün otlaq tapa bilmir. Bir zamanlar elin yaylağı olan Qaltax dağındakı yaylaq bölünüb satılıb:
- 80-ə qədər qoyunum var. Ancaq indi ata-baba yaylaqlarımızda mal-heyvan otarmağa imkan vermirlər. Hərə əlinə bir kağız alıb deyir ki, bura daha yaylaq deyil, icra hakimiyyətindən satın almışam. Yaylaqlara gedənlərdən pul istəyirlər. Televiziyada dedilər ki, yaylaqlar, göllər dövlət torpaqlarıdır, onlar satılmır. Mən bilmək istəyirəm, kəndin kənarındakı bu yaylaqlar qanuni satılıb?
Nazirlər Kabinetinin sərəncamına görə, hər bir rayonda vətəndaşların ümumi istifadəsi üçün torpaq sahələri olmalıdır. Xüsusən əhali daha çox heyvandarlıqla məşğul olan rayonlarda. Bundan başqa, göllərə, çaylara və bir sıra qorunan ərazilərə bitişik torpaqların satılması qadağandır. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini Ləzgi Rəsulov isə baş verənlərdə hər hansı qanunsuzluq olmadığını deyir:
- Örüş sahələrini fiziki şəxslər satın ala bilərlər. Görünür o yaylağı artıq kimlərsə alıb. Nazirlər Kabinetinin «Sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı» qərarına əsasən, mal-qaranın baş sayına görə insanlara örüş sahələrindən ərazi satılır. Ən çox malı-qoyunu olanlara satılır.
İcra hakimiyyətinin nümayəndəsi bildirir ki, vətəndaşlara mal-qaralarını otarmaq üçün ayrıca sahələr də ayrılıb.
Qalib Məmmədov isə bunun əksini deyir. Onun sözlərinə görə, bir tərəfdən ailəsinə, bir tərəfdən isə heyvanlarına azuqə tapmaq problemi onu həyətayanı sahəsinin bir hissəsini də satmaq qərarına gətirib. Ancaq bunu da problemdən birdəfəlik çıxış yolu saya bilmir. Çünki satdığı torpağın pula heyvanları üçün bir illik örüş yeri ala bilər. Bəs gələn il?
- Bəs sizə otlaq kimi başqa ərazilər verilməyib?
- Yox, yox. Heyvanı hara otlamağa aparırıq, biri çıxır deyir ki, bura mənimdir.
- Deyirsiz toraqlar alınıb. O torpaqlar hasarlanıbmı?
- Yox açıqdır. 5-10 baş mal-qarası olan adamlar o əraziləri alıb bizdən də pul istəyir. Ən axırıncı sənət çobanlıqdır, Gədəbəydə ona da imkan vermirlər. Başqa nə işlə məşğul ola bilərik ki?
- Bəs sizin kənddə, ümumilikdə rayonda iş yeri yoxdur? Əhali daha çox harda çalışır?
- 3-5 nəfər icra strukturlarında, bələdiyyədə işləyir. Qalan hamı işsizdir. Rayonda əhalinin 99 faizi işsizdir. Ailəmizi ancaq heyvandarlıqla saxlamağa məcburuq.
- Yaylağa gedə bilməniz üçün sizdən nə qədər pul istəyirlər?
80 qoyunum olduğu üçün 800 manat. Deyirlər başqa yol yoxdur. Az qoyunu olandan 200-300 manat istəyirlər. Yaxına gedəndə də qovlayırlar, deyirlər ki, şikayət etsən səni tutduracağıq. 5 qoyun nədir ki, Gədəbəydə ona tamah salırlar. Sovetlər zamanı ora elin yaylağı olub. İndi hara ayaq qoyursan, deyirlər qadağandır.
HƏR YERDƏ BAKİNTERNET…NİYƏ?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin mart ayına olan açıqlamasına görə Azərbaycanda 19 internet provayderi var. Bakı sakini 520 saylı ATS-nin abunəçisi olan Əkrəm Qurbanov isə deyir ki, ADSL xidmətindən istifadə etmək üçün ATS-ə müraciət edəndə cavab verirlər ki, internetə yalnız «Bakinternet» provayderi vasitəsilə qoşula bilərsən. Başqa provayderimiz yoxdur. Ölkədə qalan 18 provayder niyə kənarda qalıb sualına bu reportajda aydınlıq gətirməyə çalışacağıq. İndi isə durumu şikayətçinin öz dilindən eşidək.
- ATS-ə bildirirəm ki, mənə «Azəronline» provayder gərəkdir. Deyirlər ki, mümkün deyil, monopoliyadır, ancaq «Bakinternet» provayderinin xidmətlərindən yararlana bilərsiz. Başqa provayderlərlə işləyəndə 1 meqabitin dəyəri 17 manat idi. 2 meqabit dəyəri 30 manat idi. «Bakinternet»də isə qiymətlər başa, xidmət isə keyfiyyətsizdir.
520 saylı ATS-dən isə bildirirlər ki, «Bakinternet»ə qoşulmaqda fayda var. Birincisi ona görə ki, bu provayderdə qiymətlər ucuzdur. İkincisi və ən əsası isə onsuz da başqa çarə yoxdur:
- Doğrudan da müəyyən ərazilər var ki, orada «Bakinternet»dən başqa heç bir provayderə qoşulmaq mümkün deyil. Çünki başqa provayderlərin hər yerdə belə baha avadanlıq quraşdırmaq imkanı yoxdur. Avadanlıqlar abunəçilərin sıx yaşadığı ərazilərdə quraşdırırlar. 1000 abunəçiyə görə, hansısa provayder ana stansiya quraşdırmaz. Metronu gedib meşədə tikmirlər ki? Heç bir abunəçi deyə bilməz ki, bizə qadağa qoyurlar. Sadəcə, başqa provayderlərin bizdə stansiyaları yoxdur.
İnformasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz də baş verənləri monopoliya faktı kimi dəyərləndirir. Onun sözlərinə görə, Azərbaycanda bu sahə üzrə telekommunikasiya dövlətin əlindədir:
- Azərbaycan internet bazarının analoqu olmayan xüsusiyyəti odur ki, burada dövlət provayderləri işləyir. Dünyanın heç bir ölkəsində dövlətin bu sahə üzrə kommersiya ilə məşğul olması faktı yoxdur. Azərbaycanda telekommunikasıya infrastrukturunun, demək olar, hamısı dövlətin əlindədir. Dövlət özü internet xidəti göstərir, ona görə də digər provayderləri məqsədli şəkildə öz əraziləriə buraxmırlar. Biabırçı situasiya yaranır. Bax, rəqabət mühiti ona görə formalaşa bilmir ki, paytaxtın 80 faizindən çoxuna Bakinternet nəzarət edir. Bakıda olan 80 faizi «Bakinternet»in əlindədir.
Osman Gündüzün sözlərinə görə, nə qədər ki, dövlət bu sahəyə bütün xidmət və nəzarət imkanlarını özündə saxlayır, ölkədə internet xidmətinin yaxşılaşmasından söhbət gedə bilməz. Bu baş verənə qədər Azərbaycandan virtual aləmə çıxmaq istəyənlər yalnız telefon xətti üzərinə yüklənən, aşağı keyfiyyətli xidmətdən yararlanmaq məcburiyyətində qalacaqlar.
ƏGƏR SU BORCUNUZU ÖDƏMƏSƏNİZ…
AzadlıqRadiosuna gələn şikayətlər sırasında vətəndaşlara su və kanalizasiya xidmətləri göstərən «Azərsu»dan şikayətlər də var. Bakının Nərimanov, Nəsimi, Yasamal rayonundan zəng vuran şikayətçilər bildirirlər ki, «Azərsu» onlara köhnə borclarının olması ilə bağlı bildirişlər göndərib. Borcların məbləği isə onların, belə demək mümkünsə, qədimliyindən asılı olaraq 120-140 manat arasında dəyişir. Vətəndaşları narahat edən durum həm də odur ki, «Azərsu» onlara 3-4 il öncə aldıqları mənzillər üçün 6-7 il öncənin borcları haqda bildirişlər göndərib. «Azərsu»nun mənzillərə gələn təmsilçiləri vətəndaşlara bildiriblər ki, əgər borcları ödəməsələr, mənzillərə gələn su xətləri kəsiləcək. Baş verənlərə aydınlıq gətirmək üçün «Azərsu»nun mətbuat xidmətinin başçısı Aqşin Rüstəmovla əlaqə saxladıq:
- Hər bir şikayətlə bağlı «Azərsu»nun qaynar xəttinə - 430-01-42-yə müraciət edə bilərlər. Dediyiniz məsələyə gəlincə, vətəndaşlar evlərin alqı-satqısı zamanı gedirlər, MİS-dən, ya da hər hansı başqa qurumdan mənzillə bağlı dövlətə heç bir borc olmadığı haqda sənəd alırlar. Ancaq bizə müraciət eləmirlər. Sonucda da köhnə borclar mənzilin üzərində qalır. Bunu havadan demirəm. Bir neçə ildir bu tendensiya müşahidə olunur.
Aqşin Rüstəmov bildirir ki, bəzən vətəndaşlar sayğacların quraşdırılmasından imtina edir. Bu da sonradan problemlərə səbəb olur. Sayğacların quraşdırılmasına gəlincə, Aqşin Rüstəmov deyir ki,
- Sayğaclar vətəndaşlara dövlət hesabına, yəni pulsuz, hüquqi şəxslərə isə ödənişli qaydalarla quraşdırılır.