Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:51

DÜNYADA ZƏLZƏLƏLƏR NİYƏ ARTIR?


«Təbii fəlakətlər bizim davranışımızın nəticəsidir. Pis geyinən qadınlar gənclərin əxlaqını korlayır. Qanunsuz cinsi əlaqələr isə zəlzələlərin artmasına səbəb olur».

Lent.az-ın «France Presse»ə istinadən xəbərinə görə, Ayətullah Kazım Sadiqinin Tehran məscidlərindən birində cümə xütbəsi zamanı dediyi sözlər Avropa mətbuatında da geniş əks-səda doğurub.

İCRA HAKİMİYYƏTİ VƏ HEYDƏR ƏLİYEV GUŞƏSİ

Vaxtınız olanda Qazax rayon İcra Hakimiyyətinin İnternet səhifəsinə baş çəkin. Bu səhifədə diqqətçəkən Heydər Əliyev guşəsidir. Əslində diqqət ayırmalı başqa material da yoxdur. Saytın həm Azərbaycan, həm də ingilis dilində olan versiyaları keçmiş prezidentin bir neçə fotosundan və tərcümeyi-halından ibarətdir.

BÖYÜK ŞƏXSİYYƏT

Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun aprelin 13-də Azərbaycan qəzetində çap olunmuş «Böyük şəxsiyyət» adlı yazısından:

«Böyük Şəxsiyyətin şəklinə baxıram...
Nurlu çöhrəsi ilə saatlardır kəlmələşirəm...

«...Heydər Əliyev bütün fotolarında özüdür, zahiri görkəmi bütün fotolarında daxili aləmi ilə işıq və kölgənin təması qədər ayrılmazdır.

Fotoqraflar məndən inciməsinlər, bu yaradıcılıq uğurunun sirrini onların peşəkarlığından daha çox, bu fotoların baş qəhrəmanının mənəvi dünyasında axtarardım.

Göründüyün kimi olmaq və olduğun kimi görünmək...

O, bunu bacarırdı...»

«...Heydər Əliyev insanlara azadlıq verməkdən, demokratik addımlarla qısa müddətdə cəmiyyəti, Azərbaycanın inkişaf yönünü büsbütün dəyişməkdən çəkinmirdi. Bu kəskin addımların təhlükələrindən əndişələnmirdi.
Heydər Əliyevin apardığı islahatlara nəzər yetirin: xalqın, dövlətin mənafeyinə hesablanmış bu islahatlar, təbii olaraq, həm də kimlərinsə maraqlarına toxunurdu, kimlərisə narazı salırdı, belələrinin heç də hamısı baş verənlərə münasibətdə seyrçi mövqe tutmaq fikrində deyildi. Demokratik mühitdə bu islahatların hər biri hakimiyyətə qarşı real təhlükə yaradırdı və müstəqil Azərbaycan dövləti ən yeni tarixində bu təhlükələri bir neçə dəfə yaşamışdı da...».

«...Doğma insanla əbədi ayrılıq anında ən dəhşətli acı nədir, bilirsinizmi?! İçindəki ağrıları göz yaşlarınla ovutmaq üçün başını köksünə qoymağa güclü bir həyanının olmaması...

Heydər Əliyev bu kövrək anda da xalqı həyansız, kimsəsiz qoymadı.

...Böyük Atanın tabutu önündə Azərbaycan xalqı başını Heydər Əliyev yadigarının

- İlham Əliyevin köksünə sıxdı. İşığımızı, ümidimizi, inamımızı Prezidentimiz İlham Əliyevdə axtardıq.

Və tapdıq! Əməlində, siyasi fəaliyyətində, işində-gücündə tapdıq...».

«Heydər Əliyev xalq olaraq gücü ilə qürur duyduğumuz, sevgisi ilə əhatələndiyimiz, nəcibliyindən tərbiyə aldığımız, Azərbaycan adlı evimizdən kənarlarda kimliyimizi adı ilə nişan verdiyimiz ATA-dır...

Elə bir ATA ki, bizləri ən nüfuzlu ali məktəblərdə oxudub, əlimizi bir parça çörəyə çatdırıb, ev-eşik, güzəran sahibi edib.

Elə bir ATA ki, ailəsində Azərbaycana xidmətdən qürur duyan övladlar yetişdirib və bu övladlar xoş əməlləri ilə Onun qoyduğu humanizm, mərhəmət, xeyirxahlıq yolunu bu gün şərəflə davam etdirirlər...

Elə bir ATA ki, Tanrının lütfü ilə Böyük Əsərlərini - müstəqil Azərbaycanı və onun Prezidenti İlham Əliyevi bizə bəxş etdi...».
XS
SM
MD
LG